1000 ₼
Vakansiya haqqında
Anbardar
İş şəraiti
- İş yeri: Binəqədi şossesi 10, Bakı
- Əmək haqqı: 1000 AZN+ (namizədin bilik və təcrübəsinə uyğun olaraq)
- İş qrafiki: 6/1
Vəzifə haqqında
- Şirkətimizin anbarında xammal, reklam materialları, hazır məhsullar və digər inventarların qəbulu, yerləşdirilməsi, uçotu və istehsalata vaxtında təqdim olunmasına nəzarət edəcək Anbardar axtarırıq.
Vəzifə öhdəlikləri
- Anbara daxil olan material, məhsul və avadanlıqların qəbul edilməsi;
- Qəbul zamanı məhsulların sayının, çeşidinin və vəziyyətinin yoxlanılması;
- Materialların anbar daxilində düzgün yerləşdirilməsi və kateqoriyalar üzrə sistemləşdirilməsi;
- Anbar üzrə gündəlik giriş-çıxış əməliyyatlarının qeydiyyatını aparmaq;
- Materialların istehsalata və digər şöbələrə sənədlər əsasında təhvil verilməsi;
- Anbar qalıqlarına mütəmadi nəzarət etmək;
- Minimum stok səviyyələrinin izlənilməsi və ehtiyac yarandıqda rəhbərliyə məlumat vermək;
- Anbarda məhsulların təhlükəsiz və düzgün saxlanılmasını təmin etmək;
- Materialların zədələnməsinin, itkisinin və israfının qarşısının alınması;
- Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının düzgün aparılması;
- Müntəzəm inventarizasiya və sayımlarda iştirak etmək;
- Faktiki qalıqları sistemdə və sənədlərdə göstərilən məlumatlarla müqayisə etmək;
- Aşkarlanmış uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
- İstehsalat, satınalma, satış və layihə komandaları ilə koordinasiyalı işləmək;
- Anbarın səliqəli, təhlükəsiz və təşkil olunmuş vəziyyətdə saxlanılmasını təmin etmək.
Namizədə tələblər
- Anbardar və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
- Anbar uçotu və materialların qəbulu-təhvil verilməsi üzrə praktiki bilik;
- MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;
- Sənədlərlə və qaimələrlə işləmə bacarığı;
- Sayım və inventarizasiya proseslərini bilməsi;
- Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
- Fiziki işə uyğun olmaq;
- Komandada işləmək bacarığı;
- Materialların düzgün saxlanılması və çeşidlənməsinə diqqət yetirmək;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Rus dili biliyi üstünlükdür.
Üstünlük hesab olunur
- Reklam və ya istehsalat şirkətində anbar təcrübəsi;
- Banner, vinil, PVC, akril, MDF, kompozit, metal profil və digər reklam materialları haqqında anlayış;
- İstehsalat anbarında iş təcrübəsi;
- 1C, ERP və ya digər anbar uçotu proqramları ilə işləmək bacarığı;
- Forklift və digər anbar avadanlıqları ilə işləmə təcrübəsi;
- Materialların ölçü və texniki xüsusiyyətlərini ayırd edə bilmək.
Şirkət tərəfindən təklif olunur
- 1000 AZN-dən başlayan əmək haqqı;
- Namizədin bilik və təcrübəsinə uyğun əmək haqqı artımı imkanı;
- Stabil və peşəkar iş mühiti;
- Böyük və müxtəlif layihələr üzrə işləmək imkanı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Rəsmi əmək müqaviləsi və qanunvericiliyə uyğun əmək münasibətləri.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Warehouse Specialist
Conditions:
- Location: 10 Binagadi Highway, Baku
- Salary: 1000 AZN+ (depending on the candidate’s knowledge and experience)
- Work Schedule: 6 days per week
About the Position
- We are looking for a Warehouse Specialist who will be responsible for receiving, organizing, recording, storing, and issuing raw materials, advertising materials, finished products, and other inventory items.
Key Responsibilities
- Receive incoming materials, products, and equipment;
- Check quantities, types, and condition of goods upon delivery;
- Properly organize and categorize materials within the warehouse;
- Maintain daily records of incoming and outgoing goods;
- Issue materials to Production and other departments based on proper documentation;
- Monitor warehouse stock levels;
- Track minimum stock levels and report replenishment needs to management;
- Ensure proper and safe storage of materials;
- Prevent damage, loss, and unnecessary waste of materials;
- Maintain warehouse documents, delivery notes, and handover documents;
- Participate in regular inventory counts and stocktaking;
- Compare physical inventory with system and documented records;
- Report discrepancies to management;
- Coordinate with Production, Procurement, Sales, and Project Management teams;
- Keep the warehouse clean, organized, and safe.
Requirements
- Minimum 1 year of experience as a Warehouse Specialist or in a similar position;
- Practical knowledge of warehouse operations and inventory management;
- Good knowledge of MS Office, especially Excel;
- Ability to work with invoices, delivery notes, and warehouse documentation;
- Knowledge of inventory counting and stocktaking procedures;
- Responsible, accurate, and detail-oriented;
- Physically fit for warehouse work;
- Ability to work effectively as part of a team;
- Good organizational skills;
- Fluent Azerbaijani language skills;
- Russian language knowledge is an advantage.
Will Be Considered an Advantage
- Previous warehouse experience in an advertising or manufacturing company;
- Knowledge of advertising materials such as banner, vinyl, PVC, acrylic, MDF, composite panels, metal profiles, and similar materials;
- Experience working in a production warehouse;
- Experience with 1C, ERP, or other warehouse management systems;
- Experience operating forklifts or other warehouse equipment;
- Ability to identify and differentiate materials by size and technical specifications.
What We Offer
- Salary starting from 1000 AZN;
- Opportunity for salary growth based on knowledge and experience;
- Stable and professional working environment;
- Opportunity to work with diverse and large-scale projects;
- Professional development and career growth opportunities;
- Official employment in accordance with local labor legislation.
Interested candidates can send their CV to the e-mail address in the Apply for job button.
Oxşar vakansiyalar
A
Bugün
Gömrük üzrə Bəyənnaməçi
Air Cargo Azerbaijan • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Storekeeper
IRES • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Senior Storekeeper
IRES • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Təchizatçı / Procurement Specialist
Max Print • Bakı
Təcrübə
1500 ₼Müraciət et
A
Bugün
Sürücü
AZTECH • Bakı
Tam Ştat
700 ₼Müraciət et
M
Bugün
Sürücü (ailə üçün)
Massi • Bakı
Tam Ştat
1200 ₼Müraciət et