A

Air Cargo Azerbaijan

Son tarix: 10 Oktyabr 2026

Gömrük üzrə Bəyənnaməçi

Logistika və TəchizatBakıTam Ştat10 Sentyabr 202652

Müsahibə əsasında

Vakansiya haqqında

Air Cargo MMC komandamıza məsuliyyətli, operativ və peşəkar Gömrük üzrə Bəyənnaməçi axtarır.

Əsas vəzifələr:

  • İdxal, ixrac, tranzit və digər gömrük prosedurları üzrə rəsmiləşdirmələrin həyata keçirilməsi;
  • Gömrük bəyannamələrinin hazırlanması və elektron sistemlərə təqdim edilməsi;
  • Qısa İdxal Bəyannamələrinin hazırlanması və nəzarəti;
  • Malların XİF ƏN kodlarının müəyyən edilməsi və düzgün təsnifatının aparılması;
  • İnvoice, Packing List, CMR, BL, mənşə sertifikatı, icazə və digər gömrük sənədlərinin yoxlanılması;
  • Gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin müəyyənləşdirilməsində iştirak;
  • Gömrük orqanları ilə yazılı və şifahi əlaqələrin aparılması;
  • Gömrük orqanlarından yaranan sual, irad və problemlərin operativ həlli;
  • Malların gömrükdən vaxtında və problemsiz buraxılmasının təmin edilməsi;
  • Gömrük qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi;
  • Müştərilər və logistika şirkətləri ilə operativ işgüzar yazışmaların aparılması;
  • Gömrük rəsmiləşdirilməsi ilə bağlı hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Yaş: 25-45
  • Ali təhsil – logistika, iqtisadiyyat, beynəlxalq ticarət, gömrük və ya əlaqəli ixtisaslar;
  • Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatı tələb olunur;
  • Gömrük rəsmiləşdirilməsi sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə yaxşı bilik;
  • Gömrük prosedurları və gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə;
  • XİF ƏN kodlarının müəyyənləşdirilməsi və malların təsnifatı üzrə bacarıq;
  • e-Gömrük və digər elektron gömrük sistemləri ilə işləmək bacarığı;
  • MS Word, MS Excel və MS Outlook proqramlarından sərbəst istifadə;
  • Gömrük sənədlərinin hazırlanması və yoxlanılması bacarığı;
  • Rəsmi e-mail və işgüzar yazışma bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq;
  • İngilis və/və ya rus dili biliyi üstünlükdür;
  • Analitik düşüncə, operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Diqqətli, məsuliyyətli və detallara həssas olmaq;
  • Komandada işləmək bacarığı.

İş şəraiti 

  • İş qrafiki: 5 günlük
  • İş yeri: Bakı, Xətai rayonu, Azzure Biznes mərkəzi
  • Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar