B
Baku Steel Company CJSC
Dayanıqlılıq və ESG üzrə mütəxəssis / Aparıcı mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Bu vəzifə dayanıqlılıq hesabatlılığı, CBAM və EPD layihələri üzrə məlumatların toplanması, sistemləşdirilməsi, ilkin təhlili və aidiyyəti struktur bölmələrlə koordinasiyanı əhatə edir.
Vəzifə öhdəlikləri
- Sustainability və ESG hesabatları üçün ekoloji, sosial və korporativ idarəetmə göstəricilərinin toplanması və sistemləşdirilməsi;
- Məlumatların düzgünlüyünün, tamlığının və təsdiqedici sənədlərə uyğunluğunun ilkin yoxlanılması;
- CBAM üzrə istehsal, xammal, enerji sərfiyyatı və karbon emissiyalarına dair məlumatların toplanması və hesabat şablonlarına daxil edilməsi;
- EPD və LCA layihələri üzrə material, enerji, su, tullantı və istehsal proseslərinə aid məlumatların hazırlanması;
- İlkin hesablamaların, analitik cədvəllərin və hesabat materiallarının hazırlanmasına dəstək göstərilməsi;
- Xarici məsləhətçilər və daxili struktur bölmələrlə məlumat mübadiləsinin və iş proseslərinin əlaqələndirilməsi;
- Layihə tapşırıqlarının, son tarixlərin və sənəd dövriyyəsinin izlənilməsi;
- Rəhbərlik üçün hesabatların, təqdimatların və qısa status məlumatlarının hazırlanması.
Tələblər
- Ətraf mühit, mühəndislik, iqtisadiyyat, maliyyə, statistika, biznesin idarə olunması və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Sustainability və ESG istiqamətində baza nəzəri və praktiki biliklər;
- Məlumatların toplanması, sistemləşdirilməsi və təhlili üzrə iş təcrübəsi;
- MS Excel proqramında sərbəst işləmək, əsas düsturlardan və məlumatların təhlili alətlərindən istifadə bacarığı;
- Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
- Analitik düşüncə, rəqəmlərlə işləmək və detallara diqqət bacarığı;
- Müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq və iş proseslərini koordinasiya etmək bacarığı.
Üstünlük hesab olunur
- CBAM, EPD, LCA, GRI və istixana qazı emissiyalarının hesablanması üzrə ilkin biliklər;
- İstehsalat, enerji sərfiyyatı, ətraf mühit göstəriciləri və ya əməliyyat məlumatları ilə işləmək təcrübəsi;
- Excel-də Pivot Table və məlumatların yoxlanması alətlərindən istifadə bacarığı;
- Sustainability, ESG və əlaqəli istiqamətlər üzrə təlimlərdə, sertifikat proqramlarında və ya layihələrdə iştirak.
Qeyd: Vəzifə səviyyəsi namizədin praktiki təcrübəsi və müstəqil işləmək bacarığı əsasında müəyyən ediləcək. CBAM və EPD layihələrinə rəhbərlik təcrübəsi tələb olunmur.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
A
2 Oktyabr 2026
Baytar texnik (Kürdəmir)
Azersun Holding • Kürdəmir
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
2 Oktyabr 2026
Aqronom
NordFruits LLC • Quba
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
29 Sentyabr 2026
Aqrar bazar və tədbirlərin təşkili üzrə aparıcı mütəxəssis
Aqrar Tədarük və Təchizat • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
24 Sentyabr 2026
Baş Zootexnik (Biləsuvar)
Azersun Holding • Biləsuvar
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
X
24 Sentyabr 2026
Bağban
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
23 Sentyabr 2026
Suvarma sistemləri üzrə koordinator - Padarçöl təsərrüfatı
Agro Dairy • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et