A

AIMC (Azerbaijan International Mining Company)

Son tarix: 13 Avqust 2026

Ekologiya üzrə Nəzarətçi (Gədəbəy & Ağdərə)

İnzibati İşlərGədəbəyTam Ştat13 İyul 202642

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinin ekoloji qanunvericiliyin, normativ tələblərin və ekoloji icazələrin şərtlərinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
  • ISO 14001 standartına uyğun Ekoloji İdarəetmə Sisteminin (EMS) tətbiqini, icrasını və davamlı təkmilləşdirilməsini təmin etmək;
  • Mədən və emal sahələrində mütəmadi ekoloji monitorinqlər, yoxlamalar və auditlər aparmaq;
  • Ətraf mühit üzrə monitorinq məlumatlarını toplamaq, təhlil etmək və hesabatlar hazırlamaq;
  • Səth sularının monitorinqi, su balansının idarə olunması və Turş Mədən Drenajının (AMD) qarşısının alınması üzrə tədbirləri həyata keçirmək;
  • Tullantıların idarə olunmasına, təhlükəli tullantıların düzgün saxlanılmasına və utilizasiyasına nəzarət etmək;
  • Tailings Storage Facility (TSF) sahələrinin ekoloji monitorinqində iştirak etmək;
  • Rekultivasiya, torpağın münbit qatının qorunması və mədənin bağlanması üzrə fəaliyyətləri dəstəkləmək;
  • Ekoloji insidentləri araşdırmaq, səbəbləri müəyyən etmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
  • Dövlət qurumları ilə əməkdaşlıq etmək, ekoloji hesabatların və tələb olunan sənədlərin hazırlanmasını təmin etmək;
  • İşçilər və podratçılar arasında ekoloji maarifləndirmə tədbirlərini təşkil etmək;
  • Ətraf mühitin mühafizəsi sahəsində davamlı təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsini dəstəkləmək.

Tələblər

  • Ekologiya, Geologiya, Kimya Mühəndisliyi və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
  • Mədən, hasilat və ya ağır sənaye sahəsində ekologiya istiqaməti üzrə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi və beynəlxalq ekoloji standartlar üzrə biliklər;
  • ISO 14001 Ekoloji İdarəetmə Sistemi üzrə praktiki iş təcrübəsi;
  • Su ehtiyatlarının idarə olunması, tullantıların idarə olunması, ekoloji monitorinq və rekultivasiya sahəsində biliklər;
  • Ekoloji risklərin qiymətləndirilməsi və insidentlərin araşdırılması üzrə təcrübə;
  • ArcGIS, Microsoft Office proqramları və xüsusilə Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə, problem həll etmə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
  • Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İngilis dili biliyi üstünlükdür;
  • Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.

İş yeri və şəraiti

  • İş yeri: Gədəbəy və Ağdərə, Azərbaycan;
  • İş qrafiki: Növbəli iş qrafiki;
  • Yaşayış yeri şirkət tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun olan namizədlərin CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar