Müsahibə əsasında
Vakansiya haqqında
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnzibati idarəetmə bölməsində ofis meneceri vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
- Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsinə köməklik edilməsi
- Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi
- Məktubların qəbulu, göndərilməsi və aidiyyatı üzrə şöbələrə yöndərilməsi
- Müştərilərin qarşılanması, onlara lazımı məlumatların verilməsi, düzgün yönləndirilməsi
- Görülən işlərlə bağlı hesabatların hazırlanması
Tələblər
- Ali təhsil
- 21-25 yaş aralığında gənclər
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
- Səlis və aydın nitq qabiliyyəti
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
Ofis əməliyyatları üzrə menecer
UpGrade Education & Consulting • Bakı
Ekologiya üzrə Nəzarətçi (Gədəbəy & Ağdərə)
AIMC (Azerbaijan International Mining Company) • Gədəbəy
Tədbir və Layihə üzrə Aparıcı Mütəxəssis
Araz Supermarket • Bakı
Əməliyyatlar üzrə operator
Soliton • Bakı
Reception
Strata • Bakı
Mağaza müdiri
"Minor Elektroniks" MMC • Bakı