S

Strata

Son tarix: 13 Avqust 2026

Reception

İnzibati İşlərBakıTam Ştat13 İyul 2026370

500

Vakansiya haqqında

Şirkətimiz “Reception” vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumatlar: 

  • Əmək haqqı: 500-600 AZN;
  • 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;
  • Nahar şirkət tərəfindən verilir;
  • Əmək müqaviləsi ilə rəsmiləşmə;
  • Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.

Vəzifə öhdəlikləri:

  • Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti işçilərə yönləndirilməsi;
  • Daxil olan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı üzrə təhvil verilməsi;
  • Kargüzarlıq və inzibati işlərinin aparılması və koordinasiya edilməsi;
  • Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsi;
  • Ofisdaxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi;
  • Ofisə gələn qonaqları qarşılanması, qeydiyyatını aparmaq və aidiyyəti şəxslərlə görüşünü təşkil edilməsi;
  • Rəhbərliyə və gələn qonaqlara su və çayın təklif edilməsi;
  • E-mail yazışmalarının və sənəd dövriyyəsinin idarə olunması;
  • Müvafiq sənədlərin çapa hazırlanması və imzaya təqdim edilməsi;
  • Sənədlərin arxivləşdirmə işlərinin aparılması;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların operativ şəkildə yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Yaş həddi: 25-35 yaş aralığında xanımlar;
  • İş təcrübəsi: 1 ildən çox;
  • Xarici dillər: Rus dili mütləqdir, ingilis dili bilənlərə üstünlük veriləcəkdir;
  • MS Ofis proqramları üzrə biliklər (Word, Excel);
  • Ünsiyyət, təqdimat və komandada işləmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq.

Maraqlanan şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Reception” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiyalar