A

Araz Supermarket

Son tarix: 13 Avqust 2026

Tədbir və Layihə üzrə Aparıcı Mütəxəssis

İnzibati İşlərBakıTam Ştat13 İyul 202624

Müsahibə əsasında

Vakansiya haqqında

Araz Supermarketlər Şəbəkəsi "Tədbir və Layihə üzrə Aparıcı Mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!

Öhdəliklər

  • Şirkətin daxili və xarici tədbirlərinin planlaşdırılması və idarə edilməsi;
  • Tədbirlərin konsepsiyasının hazırlanması, proqramın formalaşdırılması və icra prosesinin koordinasiyası;
  • Layihələrin planının, vaxt qrafikinin və risklərinin idarə olunması;
  • Tədbirlər üçün məkan, təchizatçı və tərəfdaşların seçilməsi, müqavilə və əməkdaşlıq proseslərinin koordinasiyası;
  • Müxtəlif departamentlərlə sıx əməkdaşlıq edərək layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
  • Tədbir və layihələr üzrə hesabatların hazırlanması, nəticələrin təhlili və inkişaf təkliflərinin təqdim edilməsi;
  • Tədbirlərin kommunikasiya planının hazırlanmasına dəstək göstərmək
  • İnfluencerlər ilə əməkdaşlıq

​​​​​​​​​​​​​​Tələblər

  • Marketinq, Biznesin İdarəedilməsi, Menecment, İctimaiyyətlə Əlaqələr və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • Tədbirlərin təşkili, layihələrin idarə olunması və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
  • Layihələrin planlaşdırılması və koordinasiyası üzrə praktiki biliklər;
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini isə yaxşı səviyyədə bilmək;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tədbir və Layihə üzrə Aparıcı Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar