M

M-Trans

Son tarix: 29 Avqust 2026

Ekspeditor-Sürücü

Logistika və TəchizatBakıTam Ştat29 İyul 202661

700

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Şirkətə məxsus nəqliyyat vasitəsini təhlükəsiz və təyinatı üzrə idarə etmək;
  • Sifarişlərə əsasən malların, sənədlərin və digər əşyaların vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək;
  • Malların təhlükəsizlik qaydalarına uyğun şəkildə yüklənməsini, boşaldılmasını, daşınmasını və təyinat məntəqəsində tam, salamat və vaxtında təhvil verilməsini həyata keçirmək.
  • Nəqliyyat vasitəsinin fasiləsiz, qəzasız və səmərəli istismarını təmin etmək;
  • Avtomobilin texniki vəziyyətinə və təmizliyinə daim nəzarət etmək;
  • Cari və profilaktik təmir, texniki baxışların vaxtında keçirilməsini təmin etmək;
  • Yol hərəkəti qaydalarına və nəqliyyat vasitəsinin istismar təlimatlarına ciddi riayət etmək;
  • Yol vərəqələrinin və yanacaq kartlarının düzgün əldə olunmasını və təhvil verilməsini təmin etmək;
  • Nəqliyyat vasitəsindən yalnız xidməti məqsədlər üçün istifadə etmək;
  • Şirkətin daxili nizam-intizam qaydalarına, prosedurlarına, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitar-gigiyena qaydalarına riayət etmək;
  • Şirkətin daxili qaydalarına, müəyyən edilmiş standart və prosedurlara, həmçinin əmək qanunvericiliyinin tələblərinə riayət etmək;
  • Şirkətin məxfilik siyasətini qorumaq və rəhbərliyin verdiyi qanuni tapşırıqları vaxtında yerinə yetirmək.

Namizədə tələblər

  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Ekspeditor-sürücü və ya sürücü kimi iş təcrübəsi arzuolunandır;
  • Yol hərəkəti qaydalarını yaxşı bilmək;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək və ünsiyyət bacarığı.

İş rejimi və əmək haqqı:

  • Əmək haqqı – 700 manat
  • İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ekspeditor-Sürücü” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar