V

VEKSA MMC

Son tarix: 29 Avqust 2026

Logistika mütəxəssisi

Logistika və TəchizatBakıTam Ştat29 İyul 202635

1000

Vakansiya haqqında

Biz Nə Təklif Edirik?

Rəsmi əmək müqaviləsi və rəqabətqabiliyyətli əməkhaqqı.

Logistika sahəsində peşəkar komanda ilə işləmək və karyera artımı imkanı.

Uğurlu əməliyyatlara və göstəricilərə görə bonus sistemi.

Tələblər:

Təcrübə: Beynəlxalq ekspeditorluq/logistika sahəsində minimum 2-3 il iş təcrübəsi.

Dil Bilikləri:

Azərbaycan dili — Əla (sərbəst)

Rus dili — Əla (sərbəst şifahi və yazılı)

İngilis dili — Yaxşı (işgüzar yazışmalar aparmaq səviyyəsində)

Proqram Bilikləri: MS Office (xüsusilə MS Excel), logistika birjaları və izləmə sistemləri ilə işləmək bacarığı.

Şəxsi Keyfiyyətlər: Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı, stressə davamlılıq, problemləri cəld həll etmə yetənəyi və komandada işləmək bacarığı.

 

Vəzifə öhdəlikləri:

Daşımaların İdarə Edilməsi: Beynəlxalq (MDB, Avropa, Asiya/Çin istiqamətləri üzrə) avto, dəmir yolu və dəniz yükdaşımalarının təşkili və əlaqələndirilməsi.

Tərəfdaşlıq və Qiymətləndirmə: Nəqliyyat şirkətləri, brokerlər və sürücülərlə birbaşa əlaqələrin qurulması, yük daşınması üçün optimal qiymət və şərtlərin (nəqliyyat tapılması) əldə edilməsi.

Sifarişlərin İzlənməsi: Yüklərin çıxış nöqtəsindən təyin olunmuş ünvana çatdırılmasına qədər olan marşrutun reallıqda izlənilməsi, yaranan ləngimə və problemlərin operativ həlli.

Sənədləşmə: Beynəlxalq daşıma sənədlərinin (CMR, TTN, TIR Carnet, İnvoys, Bəyannamələr və s.) düzgünlüyünə nəzarət və arxivləşdirilməsi.

Müştəri Məmnuniyyəti: Daxil olan sorğuların cəld emal edilməsi, müştərilərə yüklərin statusu barədə müntəzəm məlumat verilməsi.

Logistika Portalları ilə İş: Beynəlxalq yük və nəqliyyat birjalarında (ATI, Timocom, Cargopedia və s.) aktiv işin aparılması.

Oxşar vakansiyalar