V

VEKSA MMC

Son tarix: 29 Avqust 2026

Satınalma mütəxəssisi

Logistika və TəchizatBakıTam Ştat29 İyul 202638

1000

Vakansiya haqqında

Rəsmi əmək müqaviləsi və rəqabətqabiliyyətli əməkhaqqı.

Beynəlxalq ticarət və təchizat zənciri sahəsində professional inkişaf imkanı.

Tələblər:

Təcrübə: Xarici satınalmalar (xüsusilə Çin bazarı ilə iş) və Alibaba/B2B platformaları üzrə minimum 1-2 il iş təcrübəsi.

Dil Bilikləri:

İngilis dili — Yüksək səviyyədə (yazılı işgüzar danışıqlar və yazışmalar aparmaq üçün mütləqdir)

Rus dili — Əla (sərbəst)

Azərbaycan dili — Əla (sərbəst) (Çin dili biliyi böyük üstünlükdür)

Bilik və Bacarıqlar:

Alibaba, Made-in-China və s. platformalarda peşəkar axtarış və təchizatçı doğrulama (Verification/Trade Assurance) metodlarını bilmək.

Incoterms (2020) qaydalarını və beynəlxalq ticarət sənədləşməsini mükəmməl bilmək.

MS Excel proqramında sərbəst işləmək (maliyyə və hesabatlılıq analizi üçün).

Şəxsi Keyfiyyətlər: Yüksək danışıqlar aparmaq bacarığı, analitik təfəkkür, detallara diqqət, məsuliyyətlilik və cəld qərar vermə qabiliyyəti.

Vəzifə öhdəlikləri:

Təchizatçıların Axtarışı və Təhlili: Əsasən Alibaba, 1688 və digər beynəlxalq B2B platformaları üzərindən keyfiyyətli, etibarlı və uyğun qiymət təklif edən xarici istehsalçı və təchizatçıların tapılması.

Danışıqların Aparılması: Xarici təchizatçılarla qiymət, ödəniş şərtləri (Incoterms: FOB, EXW, CIF və s.), minimum sifariş miqdarı (MOQ) və istehsal müddəti üzrə kommersiya danışıqlarının aparılması.

Nümunə (Sample) və Keyfiyyət Nəzarəti: Məhsul nümunələrinin sifarişi, yoxlanılması, texniki spesifikasiyalara uyğunluğunun dəqiqləşdirilməsi və istehsal keyfiyyətinə nəzarət.

Satınalma Prosesinin İdarəsi: Sifarişin yerləşdirilməsindən başlayaraq, istehsal, fabriklərdən yüklənmə və Azərbaycan məntəqəsinə çatdırılmasına qədər olan bütün prosesin izlənməsi.

Sənədləşmə və Gomrük Hazırlığı: İdxal əməliyyatları üçün tələb olunan xarici ticarət sənədlərinin (Commercial Invoice, Packing List, Certificate of Origin, BL/CMR) düzgün hazırlanması və təmin edilməsi.

Logistika və Gömrük İlə Əlaqələndirmə: Yüklərin vaxtında və minimum xərclə daşınması üçün daxili logistika və gömrük komandası ilə sıx əməkdaşlıq.

Oxşar vakansiyalar