I

IGA IMPORT GROUP AZ MMC

Son tarix: 29 Avqust 2026

Satınalma üzrə mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat29 İyul 2026129

1000

Vakansiya haqqında

Şirkətimiz komandamıza məsuliyyətli və peşəkar Satınalma üzrə mütəxəssis dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin ehtiyaclarına uyğun məhsul və xidmətlərin satınalma prosesini təşkil etmək
  • Bazar araşdırması aparmaq və yeni təchizatçıların axtarışını həyata keçirmək
  • Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisəli təhlilinin aparılması
  • Təchizatçılarla danışıqlar aparmaq və ən sərfəli şərtlərin əldə olunması
  • Satınalma müqavilələrinin hazırlanmasında iştirak etmək
  • Mövcud təchizatçılarla əməkdaşlıq münasibətlərinin qorunması və inkişaf etdirilməsi
  • Satınalma sifarişlərinin hazırlanması və icrasının izlənməsi
  • Malların və xidmətlərin vaxtında və düzgün təhvil alınmasına nəzarət etmək
  • Təchizatçılar tərəfindən təqdim olunan sənədlərin yoxlanılması
  • Satınalma ilə bağlı sənədlərin düzgün hazırlanması və arxivləşdirilməsi
  • Tender və təklif sorğularının hazırlanması prosesində iştirak edilməsi
  • Satınalma proseslərinin şirkətin daxili prosedurlarına uyğun aparılması
  • Satınalma üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Qiymət dəyişikliklərinin və bazar tendensiyalarının izlənilməsi
  • Logistika və təchizat prosesləri ilə bağlı koordinasiyanın aparılması
  • Təchizatçılarla hesablaşmaların izlənməsi
  • Şirkətin büdcəsinə uyğun satınalma planlarının hazırlanmasında iştirak
  • Malların keyfiyyət və texniki tələblərə uyğunluğunun yoxlanılması
  • Müxtəlif departamentlərdən gələn satınalma tələblərinin qəbul edilməsi və icrası
  • Satınalma ilə bağlı risklərin qiymətləndirilməsi və qarşısının alınması
  • Təchizat müddətlərinə nəzarət etmək və gecikmələrin qarşısını almaq
  • Alternativ təchizatçıların müəyyən edilməsi və qiymətləndirilməsi
  • Satınalma prosesinin optimallaşdırılması üçün təkliflərin verilməsi
  • Lazım olduqda müqavilə şərtlərinin yenidən nəzərdən keçirilməsi və razılaşdırılması
  • Şirkətin maraqlarını qoruyaraq təchizatçılarla peşəkar münasibətlərin qurulması

Tələblər:

  • Ali təhsil
  • Satınalma sahəsində iş təcrübəsi mütləqdir.
  • Müvafiq sahədə iş təcrübəsi (1-3 il)
  • Microsoft Office proqramlarında işləmək bacarığı 
  • Analitik düşünmə və danışıqlar aparmaq bacarığı
  • Məsuliyyətli, diqqətli və operativ olmaq
  • Komanda ilə işləmək bacarığı
  • Dil bilikləri olması vacibdir və üstünlük veriləcək (rus dili və ingilis dili)

İş şəraiti:

  • Əmək haqqı 1000-1200 Azn
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • Peşəkar inkişaf və karyera imkanları

Tələblərə cavab verən namizədlər Satınalma üzrə mütəxəssis başlığı ilə öz CV və portfellərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar