T

TAİS İKF MMC

Son tarix: 17 Oktyabr 2026

Fəhlə (anbar işçisi)

İnşaat və MemarlıqBakıTam Ştat17 Sentyabr 202652

650

Vakansiya haqqında

Gecə və gündüz növbələri üzrə Anbar işçisi axtarırıq

İş şəraiti:

  1. İş qrafiki: 6 günlük iş rejimi ( şənbə qısa iş günü)
  2. Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
  3. İş yeri: TAİS - İKF MMC
  4. Ünvan : Nərimanov rayonu

 

 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsindəFəhləqeyd etməklə [email protected] email ünvanına göndərə bilərlər.

Tələblər:

 

  1. Anbar, logistika və ya oxşar sahədə təcrübə arzuolunandır
  2. Çeviklik, operativlik və komanda ilə işləmək bacarığı
  3. Vaxtın səmərəli idarə edilməsi və tapşırıqların müəyyən edilmiş müddətdə icra edilməsi bacarığı
  4. Anbar daxilində malların təhlükəsiz daşınması və saxlanılması qaydalarına əməl etmək bacarığı

Vəzifə öhdəlikləri:

  1. Anbara daxil olan malların qəbul, yükləmə, boşaltma və daşınması proseslərini operativ şəkildə həyata keçirmək
  2. Malların təyinat yerlərinə uyğun olaraq anbar daxilində düzgün yerləşdirilməsini və səliqəli şəkildə yığılmasını təmin etmək
  3. Anbardan sifarişlərə uyğun məhsulların seçilməsi, toplanması və göndəriş üçün hazırlanması prosesində iştirak etmək
  4. Məhsulların bağlanması və nəqliyyata təhvil verilməsi üçün hazırlanmasını təmin etmək
  5. Anbara daxil olan zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək
  6. Malların qəbul və təhvil-təslim prosesində anbar əməkdaşlarına dəstək göstərmək
  7. Anbar daxilində malların təhlükəsiz və səmərəli şəkildə daşınmasını təmin etmək
  8. Məhsulların sayımına və yerləşdirilməsinə dəstək vermək
  9. Məhsulların yüklənməsi və boşaldılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək
  10. Anbarın təmiz, səliqəli və nizamlı saxlanılmasını təmin etmək, tullantıların vaxtında toplanmasına dəstək olmaq
  11. İstifadə olunan əl arabaları, platformalar və digər iş avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək
  12. Əmək mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək
  13. Rəhbərlik tərəfindən verilən gündəlik və operativ tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
  14. Komanda üzvləri ilə koordinasiyalı işləyərək anbar əməliyyatlarının fasiləsiz icrasına dəstək olmaq

Oxşar vakansiyalar