O
OBA marketlər şəbəkəsi
Hesabatlıq və analitika üzrə aparıcı mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Kommersiya departamenti üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını, yenilənməsini və təqdim edilməsini təmin etmək;
- Məlumatların düzgünlüyünü yoxlamaq, uyğunsuzluqları müəyyən etmək və aradan qaldırmaq;
- Biznes ehtiyaclarına uyğun ad-hoc hesabatlar, analizlər və data çıxarışları hazırlamaq;
- Satış, stok, qiymət dəyişiklikləri və digər kommersiya göstəriciləri üzrə analitik təhlillər aparmaq;
- KPI-ların və performans göstəricilərinin hazırlanmasını, monitorinqini və nəticələrinin qiymətləndirilməsini həyata keçirmək;
- Hesabatlılıq proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması istiqamətində təşəbbüslər irəli sürmək və tətbiq etmək;
- Tədarükçülər, məhsul kateqoriyaları və mağazalar üzrə satış və performans analizləri aparmaq;
- LFL (Like-for-Like) metodologiyası əsasında dövrlərarası müqayisəli hesabatlar hazırlamaq;
- Tədarükçü, məhsul və mağaza səviyyəsində marja (margin) göstəricilərini təhlil etmək və nəticələri qiymətləndirmək;
- Silinmə (Write-off) göstəricilərini izləmək, səbəb analizləri aparmaq və təkmilləşdirmə təklifləri vermək;
- Satış, Maliyyə, Logistika və digər əlaqəli şöbələrlə məlumat mübadiləsini və əməkdaşlığı təmin etmək;
İş qrafiki:
- 5 günlük
- İş saatları: 09.00-18.00
Tələblər
- Maliyyə, İqtisadiyyat, Biznesin İdarəedilməsi, Riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Hesabatlılıq, biznes analitikası, kommersiya analitikası və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
- MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, XLOOKUP, mürəkkəb formulalar və s.);
- Power BI, Tableau və ya digər BI alətləri ilə işləmək bacarığı;
- Böyük həcmli məlumatlarla işləmək və analitik nəticələr çıxarmaq bacarığı;
- Analitik düşünmə, problem həll etmə və təqdimat bacarıqları;
- SQL bilikləri üstünlük hesab olunur;
- Komanda ilə işləmək, vaxtın idarə olunması və nəticəyönümlülük bacarıqları.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Karyera yüksəlişi
- Təlim dəstəyi
- Nəqliyyat xidməti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
B
Bugün
Database administrator (DBA)
Bakı Fond Birjası • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
A
Bugün
ICT Education Services Specialist
Avropa Azərbaycan Məktəbi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
Bugün
Back-end Developer (intern)
Ferrum Capital • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
R
Bugün
Full Stack Developer
RBC Consulting • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
A
Bugün
Konsultant
Apertech MMC • Bakı
Tam Ştat
900 ₼Müraciət et
U
Bugün
IT Biznes analitik
Unicapital • Şəki
Tam Ştat
Müsahibə əsasındaMüraciət et