U

Unicapital

Son tarix: 9 İyul 2026

IT Biznes analitik

İnformasiya TexnologiyalarıŞəkiTam Ştat10 İyun 2026179

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Biznes ehtiyaclarının müəyyənləşdirilməsi, tələblərin toplanması, təhlili və aidiyyəti tərəflərlə razılaşdırılması;
  • Biznes və funksional tələblərin hazırlanması, sənədləşdirilməsi və aktuallığının təmin edilməsi;
  • İstifadəçi hekayələrinin (User Stories), qəbul meyarlarının (Acceptance Criteria), As-Is / To-Be proseslərinin və digər biznes analiz sənədlərinin hazırlanması;
  • Mövcud biznes proseslərinin təhlili, problemlərin müəyyənləşdirilməsi və təkmilləşdirmə imkanlarının təqdim edilməsi;
  • Biznes və texniki komandalar arasında əlaqələndirici rolun icra edilməsi və tələblərin düzgün şəkildə çatdırılması;
  • Tələblərdə baş verən dəyişikliklərin idarə olunması və aidiyyəti tərəflərlə koordinasiyanın aparılması;
  • Layihə komandası ilə birgə hazırlanmış həllərin biznes tələblərinə uyğunluğunun yoxlanılması;
  • Test ssenarilərinin hazırlanmasına və istifadəçi qəbul testlərinə (UAT) dəstək göstərilməsi;
  • Biznes proseslərinin modelləşdirilməsi və proses axınlarının hazırlanması;
  • Layihə və məhsullar üzrə sənədlərin hazırlanması və idarə olunması;
  • Maraqlı tərəflərlə effektiv kommunikasiya və əməkdaşlığın təmin edilməsi.

Namizədə dair tələblər:

  • İnformasiya Texnologiyaları, Biznesin İdarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Biznes Analitik və ya əlaqəli vəzifə üzrə minimum 2 il iş təcrübəsi;
  • Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi üzrə təcrübə;
  • İstifadəçi hekayələrinin (User Stories), qəbul meyarlarının (Acceptance Criteria) və biznes proseslərinin hazırlanması üzrə biliklər;
  • Agile/Scrum metodologiyaları üzrə biliklər;
  • BPMN, Flowchart və ya digər proses modelləşdirmə alətləri ilə işləmə bacarığı;
  • SQL üzrə baza biliklər və məlumatların təhlili bacarığı;
  • Jira, Confluence və ya digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
  • Güclü analitik düşüncə, problem həll etmə və detallara diqqət bacarığı;
  • Effektiv yazılı və şifahi ünsiyyət bacarığı;
  • Azərbaycan dili səlis, ingilis və rus dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı mütləqdir.

 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar