A

AzəriMed MMC

Son tarix: 11 İyul 2026

İnsan Resursları üzrə Mütəxəssis

İnsan ResurslarıBakıTam Ştat11 İyun 2026167

700

Vakansiya haqqında

Namizədə tələblər:

  • Ali təhsil;
  • İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi (istehsalat təcrübəsi üstünlükdür);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək;
  • Kadr sənədləşməsi və HR prosesləri üzrə təcrübə;
  • MS Office, 1C, ISB, ƏMAS və Elektron Hökumət sistemləri ilə işləmək bacarığı;
  • Analitik düşünmə və effektiv ünsiyyət bacarığı;
  • Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma.

Vəzifə öhdəlikləri:

  • Əmək qanunları və standartlarını tətbiq etmək, işçi və işəgötürən arasında müqavilələrin qanunvericiliyə uyğun olmasını təmin etmək;
  •  İşçilərlə əmək müqavilələrinin hazırlanması, yenilənməsi və sonlandırılması proseslərini idarə etmək;
  • İşçinin əmək haqqı və işə davamiyyət qeydlərində lazımi düzəlişlərin edilməsi;
  • Rəsmi əmrlərin (məzuniyyət, ezamiyyət, təyinat və s.) hazırlanması, təsdiqlənməsi və imzalanması;
  • Məzuniyyət dövrlərini müvafiq sistemlərdə qeydiyyata almaq;
  • Portalda aparılan bütün əməliyyatların dəqiq və qanunvericiliyə uyğun şəkildə yerinə yetirilməsi;
  • Qanunvericilikdəki dəyişikliklərin monitorinqi və bu məlumatların iş prosedurlarına və siyasətlərinə inteqrasiyası.

İş şəraiti:

  • İş qrafiki: 08:30 – 17:30 (B.e. – Cümə)
  • Əmək haqqı: 700 – 1160 AZN
  • İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-440-74-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar vakansiyalar