CHİCKEN PRO MMC
İnzibati və Marketinq koordinatoru
1500 ₼
Vakansiya haqqında
İş rejimi:
• İş qrafiki: 6 günlük iş rejimi
• Əmək haqqı 1500 AZN (Gross) + bonus
Təminatlar:
• Avtomobil şirkət tərəfindən təmin olunur.
• Korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnzibati və Marketinq koordinatoru” qeyd etməklə [email protected] email ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-500-79-12 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Tələblər:
• Satış sahəsində minimum 2-3 il iş təcrübəsi, xüsusən komanda idarəçiliyi və bölgə, satış müdiri vəzifələrində təcrübə üstünlükdür;
• MS Office proqramlarında işləmək bacarığı;
• Zərurət yarandıqda regionlara ezamiyyətlərdə iştirak etmək;
• Güclü ünsiyyət, təqdimat qabiliyyəti;
• Nəticəyönümlü, məsuliyyətli və komanda ilə effektiv əməkdaşlıq bacarığı;
• Sürücülük vəsiqəsi (B və ya BC kateqoriyası).
Vəzifə öhdəlikləri:
• Təyin olunmuş bölgədəki filiallara müntəzəm baxış keçirmək, planlı və audit yönümlü mağazaları ziyarət etmək;
• Əməliyyat standartlarına (təmizlik, məhsul keyfiyyəti, xidmət və əməkdaş davranışı) riayət olunmasını yoxlamaq;
• Mağaza səviyyəsində marketinq materiallarının (banner, broşür) yerləşdirilməsinə nəzarət etmək;
• Regional kompaniyaları (açılış, endirim aksiyaları) planlaşdırmaq və icra etmək;
• Yerli tərəfdaşlıq və sponsorluq imkanlarını araşdırmaq;
• Xidmət keyfiyyətini qiymətləndirmək və yerində problemləri həll etmək;
• İstifadə müddəti bitmiş və ya satış üçün yararsız məhsulların vaxtında dövriyyədən çıxarılmasına nəzarət etmək;
• İşçilərin daxili əmək intizamına və etik davranış qaydalarına riayət etməsini izləmək;
• Müştəri məmnuniyyətini qiymətləndirmək, aşkar olunan problemlərin operativ həllini təşkil etmək;
• Filial rəhbərləri və əməkdaşlarla koordinasiyalı işləyərək əməliyyat dəstəyi göstərmək;
• Mağazalara işçilərin işə qəbulu prosesinin təşkilində iştirak etmək;
• Aşkar olunan pozuntular barədə akt və hesabatlar hazırlamaq, aradan qaldırılması üçün tədbirlər planı tərtib etmək və icrasına nəzarət etmək;
• Həftəlik və aylıq fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək.
Oxşar vakansiyalar
Qrup rəhbəri - Ağdam
Güvənli MMC • Ağdam
Əməliyyatlar üzrə mütəxəssis (Binəqədi)
Kontakt Home • Bakı
Receptionist
Alba Hotel Spa • Bakı
İT Layihə Meneceri
İnnovativ Layihələr Mərkəzi • Bakı
Xadimə
immigration.az • Bakı
Xadimə
Amper Elektrik • Bakı