B

Baku Holiday Travel

Son tarix: 30 Oktyabr 2026

İR üzrə mütəxəssis / aparıcı mütəxəssis

İnsan ResurslarıBakıTam Ştat1 Oktyabr 202635

Müsahibə əsasında

Vakansiya haqqında

Baku Holiday Travel komandası İR üzrə mütəxəssis / aparıcı mütəxəssis vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Kadr əməliyyatlarının aparılması: işə qəbul, məzuniyyət və işdən azad olma və b. üzrə əmrlərin və sənədlərin hazırlanması
  • Əmək müqavilələrinin, əlavələrin və şəxsi işlərin tərtibi, qeydiyyatı və arxivləşdirilməsi
  • ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi
  • İşçi davamiyyətinin gündəlik izlənilməsi və uçotu
  • Aylıq iş vaxtı tabelinin hazırlanması və əməkhaqqı hesablanması üçün ilkin məlumatların (prepayroll) maliyyə şöbəsinə təqdim edilməsi
  • Yeni işçilər üçün onboarding prosesinin təşkili - ilk gün, sənədləşmə, tanışlıq və adaptasiya dövrünün izlənilməsi
  • Təlimlərin təşkili - ehtiyacların toplanması, planlaşdırma, iştirakın və nəticələrin qeydiyyatı
  • Vakansiyalar üzrə daxil olan CV-lərin qəbulu və rəhbərə ötürülməsi
  • HR hesabatları və reyestrlərin (işçi bazası, məzuniyyət qrafiki və s.) aktual saxlanılması

Tələblər:

  • Ali təhsil (İR, menecment və ya hüquq ixtisası üstünlükdür)
  • İR sahəsində 1-3 il mütəxəssis, 3+ il aparıcı iş təcrübəsi
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə praktiki bilik
  • Onboarding və təlim proseslərinin təşkili təcrübəsi
  • İngilis dilini işçi səviyyədə bilmək (rus dili üstünlükdür)
  • MS Office (xüsusilə Excel və Word) ilə sərbəst işləmək
  • Diqqətlilik, məxfiliyə hörmət, sənədlə işdə dəqiqlik

Təklif edirik:

  • Dinamik və peşəkar iş mühiti
  • Aparıcı turizm şirkətində İR funksiyasının inkişafında birbaşa iştirak
  • Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
  • Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
  • Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “İR üzrə mütəxəssis / aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar