H

Hikvision CO MMC

Son tarix: 24 Sentyabr 2026

Korporativ Satış Rəhbəri

Marketinq və SatışBakıTam Ştat24 Avqust 202684

1500

Vakansiya haqqında

• Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti

• Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək

• Rəqabətli əmək haqqı və müavinətlər paketi

• Yeni ideya və yanaşmalara açıq mühit

• İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə

• Həftə içi 5 iş günü, saat 10:00-dan - 19:00-dək (Şənbə günü qısa iş günüdür)

• Əmək haqqı: müsahibə əsasında

• Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may).

 

Tələblər:

 

  1. Müvafiq sahə üzrə ali təhsil: İT, iqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır
  2. Texnologiya, elektronika, təhlükəsizlik sistemləri və ya əlaqəli sektorda iş təcrübəsi;
  3. Satış və komanda idarəetməsi üzrə uğurlu təcrübə;
  4. Satış planlaması və KPI-larla işləmək bacarığı;
  5. MS Office, CRM, ERP və digər müvafiq proqramlarda istifadə təcrübəsi
  6. Rus dili (Əla), İngilis dili (arzu olunan)

 

 

Vəzifə öhdəlikləri:

 

  1. Korporativ satış strategiyasının hazırlanması və icrasını təmin etmək;
  2. Satış hədəflərinin müəyyən edilməsi və nəticələrin davamlı izlənilməsi;
  3. Yeni korporativ müştərilərin və layihələrin cəlb edilməsi;
  4. Mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın qurulması;
  5. B2B və layihə satışlarının idarə olunması;
  6. Tender və kommersiya təkliflərinin hazırlanması prosesində iştirak etmək;
  7. Müştəri ehtiyaclarını təhlil edərək uyğun məhsul və həllərin təqdim olunmasını təmin etmək;
  8. Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və satış prosesini yekunlaşdırmaq;
  9. Satış komandası üçün hədəflərin müəyyən edilməsi, iş bölgüsünün aparılması və komandanın inkişaf etdirilməsi;
  10. Satış göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  11. Debitor borclarının və müqavilə öhdəliklərinin izlənilməsi.

Oxşar vakansiyalar