B

Bioloji Təbabət Klinikası

Son tarix: 24 Sentyabr 2026

Satış üzrə nümayəndə

Marketinq və SatışBakıTam Ştat24 Avqust 2026135

600

Vakansiya haqqında

Almaniyanın “Heel” şirkətinin preparatlarının satışı üzrə Satış üzrə nümayəndə axtarılır!

Əsas tələblər:

  • Ali təhsil (Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini bitirənlər və BDU - Biologiya, Kimya ixtisası, ADPU  - Biologiya, Kimya ixtisasları üzrə bitirənlər)
  • Yaş həddi: 21 – 50;
  • Xarici görünüş və geyim səliqəli olmalı;
  • Komandada işləmək bacarığı;
  • Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli
  • Səlis və aydın nitq, yüksək ünsiyyət qabliyyəti, sistemli təqdimat və inandırma bacarığı
  • Qeyd: Namizəd işə qəbul olunduqdan sonra 1 həftə nəzəri, 1 həftə  praktiki təlim keçəcək. Təlim müddətində şirkətin məhsulları, satış prosesi və iş prinsipləri ilə bağlı zəruri bilikləri təqdim olunacaq və praktiki bacarıqları formalaşdırılacaq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin preparatlarını təyin olunmuş ərazi üzrə tibbi müəssisələrindəki həkimlərə və apteklərə tanıtmaq;
  • Şirkətə məxsus olan preparatların təqdimatını və satışını həyata keçirmək;
  • Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq;
  • Seminar və prezentasiyaları təşkil etmək və keçirmək;
  • Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək;
  • Gördüyü işlər barəsində gündəlik hesabat hazırlamaq və rəhbərinə təqdim etmək;
  • Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək;

İş şəraiti:

  • İş qrafiki: 5 gün, saat 09:30 -18:00;
  • İstirahət: Şənbə və bazar günləri;
  • Əmək haqqı: 600-1200 Azn

Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Satış üzrə nümayəndə” qeyd edərək CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar