M

Melissa Group

Son tarix: 27 Sentyabr 2026

Planlama mühəndisi

MühəndislikBakıTam Ştat27 Avqust 202664

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
  • Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
  • Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
  • Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Gecikmələrin Proqnozlaşdırılmasını həyata keçirir;
  • Layihə Planlama Primavera P6 proqramını tərtib edir;
  • Podratçıların apardığı işlərin plan qeydiyyat və plan işi üzrə işlərin görülməsinə nəzarət edir. 

Namizədə tələblər:

  • Ali təhsil (İnşaat üzrə) 
  • Müvafiq sahə üzrə minumum 2 il iş təcrübəsi;
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
  • Primavera və ya MS Project proqramlarından birini yaxşı səviyyədə bilməli; 
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
  • İnşaat norma və qaydalarını bilməli;
  • İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları;
  • Komanda ilə işləmə və effektiv kommunikasiya bacarıqları; 
  • Azərbaycan dili səlis, rus və və ya ingilis dili biliyi üstünlükdür.

Əlavə məlumat

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş rejimi: 5 günlük iş qrafiki
  • İş yeri: Melissa Group (Baş ofis)

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Planlama mühəndisi" başlığı ilə göndərə bilər. 

Oxşar vakansiyalar