B
Baku Holiday Travel
Qeydiyyatçı (Reception)
Müsahibə əsasında
Vakansiya haqqında
Baku Holiday Travel komandası Qeydiyyatçı (Reception) vakansiyası elan edir.
Əgər qonaqlarla ünsiyyət, təşkilatçılıq və ofisdə peşəkar qarşılanma mühitinin yaradılması sizin güclü tərəfinizdirsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Ofisə daxil olan qonaqların və müştərilərin nəzakətlə qarşılanması və müvafiq əməkdaşa yönləndirilməsi
- Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şöbələrə yönləndirilməsi
- Görüşlərin qeydiyyatının aparılması və görüş otaqlarının hazırlanmasının koordinasiyası
- Daxil olan və göndərilən sənədlərin, məktubların və kuryer çatdırılmalarının qəbul edilməsi və yönləndirilməsi
- Qonaq və müraciət məlumatlarının müvafiq qeydiyyat sisteminə düzgün daxil edilməsi
- Resepşn və gözləmə zonasının səliqəli, təqdimata uyğun və işlək vəziyyətdə saxlanılması
- Ofisə giriş-çıxış prosesinin və qonaq qəbulunun daxili qaydalara uyğun təşkil edilməsi
- Ofis ləvazimatları və gündəlik inzibati ehtiyaclarla bağlı məsul əməkdaşlara məlumat verilməsi
- İnzibati işlər bölməsinin gündəlik təşkilati işlərinə dəstək göstərilməsi
Namizədə tələblər
- Kollec və ya ali təhsil
- Qeydiyyatçı (Reception), administrator, müştəri xidmətləri və ya oxşar vəzifə üzrə minimum 6 ay iş təcrübəsi
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı, rus dili biliyi üstünlük hesab olunur
- Aydın diksiya, nəzakətli davranış və peşəkar ünsiyyət bacarığı
- Təqdimatlı və səliqəli xarici görünüş
- Müştəri və qonaq yönümlü yanaşma
- Komandada işləmək və məxfi məlumatlarla düzgün davranmaq bacarığı
- Kompüter və Microsoft Office proqramları ilə işləmə bacarığı
Biz nə təklif edirik?
- Dinamik və peşəkar iş mühiti
- Turizm sektorunda təcrübə qazanmaq və inkişaf etmək imkanı
- Əməkdaşlığın və təşəbbüskarlığın dəstəkləndiyi komanda mühiti
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Qeydiyyatçı (Reception)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
B
Bugün
Call-Center Operator
BF • Bakı
Remote
850 ₼Müraciət et
A
Bugün
Müştəri Xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis (Lökbatan filialı)
Access Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
Dünən
Service Operator / Servis operatoru
Tegeta Motors Baku • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
F
Dünən
Çağrı Mərkəzi üzrə mütəxəssis
FastNet Technology • Bakı
Tam Ştat
500 ₼Müraciət et
G
Dünən
Resepşn
Ganjali Plaza Hotel • Bakı
Tam Ştat
650 ₼Müraciət et
P
Dünən
Customer Service Representative
Positive Call Center • Bakı
Tam Ştat
—Müraciət et