700 ₼
Vakansiya haqqında
PilatesLife studiyasına Xanım Resepşn axtarılır
PilatesLife komandası böyüməyə davam edir və biz peşəkar, enerjili və məsuliyyətli xanım resepsion axtarırıq.
İş şəraiti:
• İşə qəbul AR Əmək Məcəlləsinə uyğun aparılır
• Əmək haqqı: 700 AZN fiks maaş + KPI bonus sistemi
• 2 növbəli iş qrafiki:
09:00–18:00
12:00–21:00
• Şənbə günü: 09:00–15:00
Biz nə təklif edirik?
• Azərbaycanın aparıcı Pilates studiyalarından birində işləmək imkanı
• Peşəkar və dəstəkçi komanda mühiti
• Karyera və inkişaf imkanları
• PilatesLife xidmətlərindən xüsusi əməkdaş güzəştləri
• Müştəri xidməti və satış bacarıqlarının inkişafı üçün təlimlər
Maraqlanan şəxslərdən şəkilli CV-lərini [email protected] ünvanına mövzu hissəsində “Resepşn” qeyd etməklə göndərmələri xahiş olunur.
Tələblər:
• Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür)
• Ali təhsil
• 22–40 yaş arası xanım namizədlər
• MS Office proqramlarında işləmə bacarığı (Word, Excel), 1C bilikləri üstünlükdür
• Ofis texnikası ilə işləmə bacarığı
• Satış və müştəri xidməti sahəsində təcrübə üstünlükdür
• Ünsiyyətcil, gülərüz və təqdimat bacarıqlarının yüksək olması
• Məsuliyyətli, punktual və intizamlı olmaq
• Komandada işləmə və eyni zamanda müstəqil qərar vermə bacarığı
• Stressə davamlı və çoxsaylı tapşırıqları idarə etmə bacarığı
• Sağlam həyat tərzinə, idmana və wellness sahəsinə maraq göstərmək
Vəzifə öhdəlikləri:
• Studiyanın gündəlik inzibati işlərinin təşkili və koordinasiyası
• Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsi
• Studiyanın yeni və potensial müştərilərinə xidmətlərin peşəkar təqdimatı
• Daxil olan zənglərin, WhatsApp və sosial şəbəkə müraciətlərinin cavablandırılması
• Mövcud və potensial müştərilərlə davamlı əlaqələrin qurulması
• Müştəri bazasının idarə olunması və CRM sistemində məlumatların işlənməsi
• Məşqçilərin iş qrafiklərinin koordinasiyasında iştirak
• Studiyada mövcud məhsulların və ehtiyatların nəzarəti, sifarişlərin hazırlanması
• Hesabatların müəyyən olunmuş qaydada aparılması
• Studiyanın xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin təmin edilməsində aktiv iştirak
• İş yerində yaranan məsələlərin operativ və müstəqil həlli
Oxşar vakansiyalar
Operator
Vip Business Group • Bakı
Ресепшн – Reception
TED Academy • Bakı
Resepşn-Operator
M Estate Daşınmaz Əmlak Agentliyi • Bakı
Call-Center Operator
FlexfulService • Bakı
Əməliyyat üzrə Operator (Xanım)
"OMNİTECH" MMC • Bakı
Resepşn (idman zalı)
Push30 • Bakı