G

Grand - Agro İnvitro

Son tarix: 16 Noyabr 2026

İstixana istehsalatı üzrə aqronom

Kənd TəsərrüfatıBakıTam Ştat16 Oktyabr 202668

Müsahibə əsasında

Vakansiya haqqında

Grand Agro Invitro MMC İstixana istehsalatı üzrə aqronom  vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • İstixana və açıq sahələrdə bitkilərin yetişdirilməsi prosesinə nəzarət etmək;
  • Bitkilərin inkişaf mərhələlərini izləmək və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini təmin etmək;
  • Suvarma, gübrələmə və bitki mühafizəsi tədbirlərini planlaşdırmaq və icrasına nəzarət etmək;
  • Bitki xəstəlikləri və zərərvericiləri müəyyən etmək, profilaktik və mübarizə tədbirləri həyata keçirmək;
  • İstehsalat prosesində məhsuldarlığın və keyfiyyətin artırılması istiqamətində təkliflər hazırlamaq;
  • Gündəlik istehsalat fəaliyyətinə nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq.

Namizədə tələblər:

  • Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil;
  • Aqronom vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • İstixana şəraitində bitki yetişdirilməsi üzrə bilik və təcrübə;
  • Gübrələmə, suvarma və bitki mühafizəsi sahəsində praktiki biliklər;
  • Komanda ilə işləmək, planlaşdırma və problemləri operativ həll etmək bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.

Şirkət tərəfindən təklif olunur

  • Peşəkar inkişaf imkanları;
  • “20 Yanvar” və “Koroğlu” metro stansiyalarından servis xidməti;
  • Şirkət tərəfindən naharla təmin olunma;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.

İş yeri: Türkan qəsəbəsi

İş qrafiki: 5 günlük iş həftəsi

 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İstixana istehsalatı üzrə aqronom” qeyd  etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar