Vakansiya haqqında
Namizədə olan tələblər:
- Ali təhsil (Hüquqşünaslıq ixtisasında);
- BOKT, Bank və ya Lizinq sahəsində korporativ hüquqşünas kimi minimum 2 il təcrübə;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, (xüsusilə əşya hüququ,lizinq hüquq,
- öhdəliklər və müqavilələr hüququ), Korporativ hüquq, İnzibati Xətalar Məcəlləsi və "Bank olmayan kredit təşkilatları haqqında" Qanunu üzrə dərindən biliklər;
- Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət orqanlarının BOKT-lar üçün müəyyən etdiyi normativ-hüquqi bazaya tam hakim olmaq;
- Azərbaycan dilində mükəmməl səviyyədə həm şifahi, həm də yazılı (hüquqi sənədləşmə) bacarıqlar, rus və ya İngilis dili bilikləri üstünlük hesab olunur.
Vəzifə öhdəlikləri:
- Səhmdarların (təsisçilərin) ümumi yığıncaqlarının, Müşahidə Şurası və İdarə Heyəti iclaslarının hüquqi təşkilatçılığı;
- Gündəliklərin, protokolların, qərarların (o cümlədən, nizamnamə kapitalının
- artırılması/azaldılması, filialların açılması) layihələrinin hazırlanması;
- Mərkəzi Bank (AMB) ilə koordinasiya:
- BOKT fəaliyyətini tənzimləyən prudensial tələblərin hüquqi ekspertizası;
- Yeni requlyativ dəyişikliklərin daxili siyasətlərə (Kredit, Lizinq, Risklərin İdarə Edilməsi və PL/ƏMTK qaydalarına) inteqrasiyası;
- Qrupdaxili əməliyyatlar: Holdinq tərkibindəki şirkətlər arasında həyata keçirilən əqdlərin (məsələn, proqram təminatı, İT infrastruktur və lisenziyaların devri, borcun köçürülməsi) müvafiq Mülki Məcəllənin tələblərinə və transfer qiymətqoyma qaydalarına uyğun rəsmiləşdirilməsi;
- Müqavilə Hüququ və Risk Menecmenti "Alıcı" mövqeyinin müdafiəsi: Kənd təsərrüfatı texnikalarının, avtomobillərin və digər lizinq obyektlərinin xarici və yerli dilerlərdən alqı-satqısı müqavilələrinin tərtibi;
- Təhvil-təslim, zəmanət şərtləri və fors-major hallarında şirkətin "Alıcı" qismində hüquqi risklərinin minimuma endirilməsi;
- Kredit və Lizinq sənədləşməsi: Üçtərəfli lizinq, həmçinin standart kredit, ipoteka, girov və zaminlik müqavilələrinin hazırlanması və notarial qaydada təsdiqi prosesinə nəzarət.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ işlər üzrə Hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2448&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur. Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
U
Bugün
Müqavilə və sənəd dövriyyəsi üzrə mütəxəssis
Unimetal • Şəki
Tam Ştat
700 ₼Müraciət et
Q
Bugün
Hüquqşünas
Qala Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Dünən
Hüquqşünas
BONAFIDE Law Firm • Bakı
Tam Ştat
700 ₼Müraciət et
B
Dünən
Böyük hüquqşünas
BONAFIDE Law Firm • Bakı
Tam Ştat
1200 ₼Müraciət et
B
8 İyun 2026
Hüquqşünas/aparıcı hüquqşünas
Bokt Embafinans MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
4 İyun 2026
Hüquq məsləhətçisi
Facility Management Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et