A

AZCD Group QSC

Son tarix: 12 İyul 2026

Müqavilələr üzrə mütəxəssis (Contracts Specialist)

HüquqBakıTam Ştat12 İyun 2026173

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifənin məqsədi

  • Şirkətin layihələri, satınalma prosesləri və podratçı münasibətləri üzrə müqavilələrin hazırlanmasını, ekspertizasını, icrasına nəzarəti və müqavilə risklərinin idarə edilməsini təmin etmək.

Əsas vəzifə və öhdəliklər

Müqavilələrin hazırlanması və idarə edilməsi

  • Müqavilə layihələrini hazırlamaq, nəzərdən keçirmək və yeniləmək.
  • Podratçılar, təchizatçılar və xidmət göstərən təşkilatlarla bağlanacaq müqavilələrin hüquqi və kommersiya şərtlərini təhlil etmək.
  • Müqavilələrin şirkət siyasətlərinə, prosedurlarına və qanunvericiliyə uyğunluğunu təmin etmək.
  • Müqavilə əlavələri, dəyişiklikləri və uzadılmalarını hazırlamaq.

Tender və satınalma proseslərinin dəstəklənməsi

  • Tender sənədlərinin və müqavilə şərtlərinin hazırlanmasında iştirak etmək.
  • Təkliflərin müqavilə və kommersiya baxımından qiymətləndirilməsini həyata keçirmək.
  • Danışıqlar prosesində iştirak etmək və protokollar hazırlamaq.

Müqavilələrin icrasına nəzarət

  • Müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək.
  • Müqavilə müddətlərini, ödəniş qrafiklərini və əsas mərhələləri izləmək.
  • Müqavilə üzrə uyğunsuzluqları müəyyən etmək və düzəldici tədbirlər təklif etmək.

Tələblərin və dəyişikliklərin idarə edilməsi

  • Variasiya, dəyişiklik sifarişləri və əlavə işlərlə bağlı sənədləri hazırlamaq və təhlil etmək.
  • Müqavilə mübahisələri və iddiaları üzrə ilkin araşdırmalar aparmaq.
  • Müqavilə risklərini müəyyən etmək və onların azaldılması üçün tədbirlər təklif etmək.

Hesabatlılıq və sənəd dövriyyəsi

  • Müqavilə reyestrini və məlumat bazasını idarə etmək.
  • PMC Departamentinin rəhbərinə dövri hesabatlar təqdim etmək.
  • Müqavilələrlə bağlı sənədlərin arxivləşdirilməsini və məxfiliyini təmin etmək.

Əlaqələndirmə

  • Hüquq, satınalma, maliyyə, layihələrin idarə edilməsi və texniki şöbələrlə koordinasiyalı işləmək.
  • Podratçılar və təchizatçılarla rəsmi yazışmaları aparmaq.
  • Müqavilə məsələləri üzrə daxili məsləhət və dəstək göstərmək.

Tələb olunan bilik və bacarıqlar

  • Müqavilələrin idarə olunması və kommersiya prosesləri üzrə dərin bilik.
  • Tender və satınalma prosedurlarını bilmə.
  • Risklərin idarə edilməsi bacarığı.
  • Güclü analitik və danışıqlar aparmaq bacarığı.
  • Azərbaycan dili mükəmməl, ingilis dili yaxşı səviyyədə (rus dili üstünlükdür).
  • Microsoft Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər.
  • EPC, FIDIC və ya beynəlxalq müqavilə standartları üzrə bilik üstünlük hesab olunur.

Təhsil və təcrübə

  • Hüquq, iqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil.
  • Müqavilələrin idarə edilməsi, satınalma və ya layihələrin idarə olunması sahəsində minimum 3–5 il iş təcrübəsi.
  • Böyük tikinti, PMC, sənaye, enerji və ya infrastruktur layihələrində təcrübəsi olanlara üstünlük verilir.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müqavilələr üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar